Hadisə
24 fevral 2021
1039
Qarlı hava nəticəsində Bakıda baş verən qəzaların sayı AÇIQLANDI - RƏSMİ

Gecədən bu saata qədər Bakıda 24 yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, hava şəraiti ilə bağlı paytaxtın yolları buz bağlayıb və sürüşmə nəticəsində nəqliyyat vasitələri toqquşub:
“Gecə saatlarından kəskin hava şəraiti ilə bağlı nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Bəzi küçə və prospektlərdə, enişli-yoxuşlu döngələrdə maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bu saata qədər paytaxtın inzibati ərazisində 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Ölən və yaralanan olmayıb”.

Daha çox xəbər:

Körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz ba ...
Hadisə
DYP-dən XƏBƏRDARLIQ: “Hava şəraitinə uyğun sürət həddi seçsinlər”
Cəmiyyət
İctimai nəqliyyat bu saata kimi fəaliyyət göstərəcək – RƏSMİ
Sosial
Sürücülərə XƏBƏRDARLIQ: Bunu etməsəniz, cərimə olunacaqsınız
Cəmiyyət
Sukanal İdarəsinin sahə rəisi qəzada öldü
Kriminal