Hadisə
03 mart 2021
1030
Polisdən əməliyyat: 120 nəfərdən ibarət toy məclisi dayandırıldı - FOTO

Şəmkir rayonunda toy edən şəxslər məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən “Pavlovniya” restoranında 120 nəfərdən ibarət toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Mərasim iştirakçılarından 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Restoran sahibi və digər üç əməkdaşı barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Digər şəxslər ilə izahedici-profilaktiki söhbətlər aparılaraq, onlara Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydaları məlumat verilərək bu kimi hallara bir daha yol verilməməsi barədə xəbərdarlıq edilib.





Daha çox xəbər:

Goranboy polisindən əməliyyat: Həbs olunanlar var
Hadisə
Nəvələrinə ad günü keçirən babalar saxlanıldı - Video
Hadisə
Biləsuvarda nişan mərasimi keçirənlər cərimələndi
Hadisə
Astarada toy mərasimi dayandırıldı, bəy polis şöbəsinə aparıldı — FOTO
Kriminal
Xaçmazda xüsusi karantin rejiminin ilk günündə toyu olan bəy və qonaqları t ...
Ölkə