Hadisə
12 mart 2021
308
Bakıda 15 nəfərin yanaraq öldüyü binada daha bir HADİSƏ
Ötən gecə Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binanın üzlüyü qoparaq yola düşüb.
Publika.az” xəbər verir ki, S.S.Axundov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 16 mərtəbəli binanın bərk materialdan hazırlanmış üzlüyünün bir hissəsi qoparaq piyadaların intensiv hərəkət etdiyi yola düşüb. Lövhə yerə çılpılaraq parçalanıb və ətrafa dağılıb.
Xoşbəxtlikdən hadisə vaxtı ərazidə heç kim olmayıb, yaxınlıqdakı şəxslər ciddi xəsarət almayıb. Ərazidə hərəkət lentlərlə məhdudlaşdırılıb.
Qeyd edək ki, hadisənin baş verdiyi bina bir neçə il əvvəl tamamilə yanmış və 15 nəfər həlak olmuşdu. Bu hadisədən sonra həmin bina yenidən üzlənib.
Daha çox xəbər:
Özünü 18-ci mərtəbədən atan qızla bağlı YENİ MƏLUMAT - VİDEO
HadisəCeyhun Bayramov Brüsselə yola düşüb
SiyasətBakıda çoxmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi
HadisəŞəhid general Polad Həşimovun yaşadığı bina təmir olunur — VİDEO
CəmiyyətSumqayıtda binada uçqun olub — Dağıntılar altında qalanlar var - FOTO
Kriminal