Hadisə
28 avqust 2021
976
MN: "Azərbaycan əsgəri həlak olub"
Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Bildiririk ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub. İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır. Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur. Bir daha dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyini diqqətə çatdırırıq", - məlumatda bildirilib.
Daha çox xəbər:
Şuşada yol qəzası: Bir hərbçimiz həlak oldu, ikisi yaralandı - SON DƏQİQƏ
HadisəMüdafiə Nazirliyi tərxis olunan şəxslərə müraciət edib
CəmiyyətMüdafiə Nazirliyi Xocavənddəki hadisəylə bağlı məlumat yaydı
CəmiyyətŞuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsəd ...
CəmiyyətMüdafiə Nazirliyi orduya yardımla bağlı məlumat yaydı
Cəmiyyət