Hadisə
31 avqust 2021
1409
Bakıda qanunsuz işləyən çörək sexi bağlanıb - FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, fiziki şəxs Musayev Namiq Xıdır oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyena qaydalarına və texniki normativ hüquqi aktların tələblərinə, istehsal prosesində texnoloji prinsipə əməl olunmadığı məlum olub.
Eyni zamanda işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisə rəhbəri məsuliyyətə cəlb edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Daha çox xəbər:
“Planet” şadlıq sarayın rəhbəri məsuliyyətə cəlb olundu
HadisəBu restoranlar cərimələndi - SİYAHI
HadisəTürkiyədən idxal edilən dondurulmuş hind quşu qiyməsi istehlaka yararsız çı ...
İqtisadiyyatAğcabədidə qanunsuz fəaliyyət göstərən süd məhsullarının qəbulu və istehsal ...
HadisəAQTA-dan hərbi vəziyyətlə bağlı sahibkarlara ÇAĞIRIŞ
Cəmiyyət