Hadisə
11 mart 2021
974
Zorla qaçırılan qız geri qaytarıldı - RƏSMİ
Samux rayon sakini, Vüsal Saadov və iki tanışı tərəfindən məcburi qaçırılan Gülər Mirzəyeva ailəsinə təhvil verilib.
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan, Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib:
“Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, ötən gün G.Mirzəyevanın anası qızının Vüsal adlı şəxs və iki tanışı ilə məcburi qaçırıldığını bildirmişdi.
Daha çox xəbər:
Azərbaycanda yol polislərinə qarşı zor tətbiq edən şəxs tutuldu - RƏSMİ
KriminalKarantində işləyən kafenin 7 müştərisi cərimələndi
KriminalEvdən çıxan koronavirus xəstələrinə cinayət işi açıldı
KriminalAzərbaycanda 2 dəfə boşanmış şəxs 17 yaşlı qızı qaçırıb? — DİN-dən AÇIQLAMA
KriminalBakının 4 rayonunda polis əməliyyat keçirdi — Saxlanılanlar var
Kriminal