İdman
04 sentyabr 2020
1030
2021-ci ilin atıcılıq üzrə son yarışı Bakıya salındı
Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) 2021 - 2024-cü illərdə keçiriləcək dünya çempionatlarının məkanlarını və 2021-ci ilin yarış təqvimini təsdiqləyib.
Report məlumatına görə, bu barədə ISSF İcraiyyə Komitəsinin iclasında qəbul olub. Gələn il Bakıya stend və güllə atıcılığı (tüfəng və tapanca) üzrə Dünya Kuboku həvalə edilib. Yarışın oktyabrın ikinci yarısında keçirilməsi planlaşdırılır.
Dünya Kubokunda atıcılığın olimpiya növləri üzrə 12 ən yaxşı idmançının iştirakı planlaşdırılır. Bu, gələn ilin son yarışı olacaq.
Qeyd edək ki, bu il 22 iyun - 3 iyulda Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Kuboku koronavirus pandemiyası üzündən ləğv olunub.
Daha çox xəbər:
Türkiyədə azarkeşlərin oyunlarda iştirakı ilə bağlı son qərar verildi
İdmanGələn il üzrə məzənnə 1.7 manat səviyyəsində götürülüb
İqtisadiyyatYeniyetmə və gənclərin Avropa çempionatı ləğv olundu
İdmanRusiya 2021-ci ilə qədər ayda bir neçə milyon COVID-19 peyvəndi istehsal ed ...
Dünya2021-ci ildə dünyada bu hadisələr BAŞ VERƏCƏK — Vanqanın PROQNOZLARI
Dünya