İdman
25 noyabr 2020
1142
"Borussiya"nın hücumçusu Çempionlar Liqasında yeni rekorda imza atdı

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann yeni rekorda imza atıb.
20 yaşlı hücumçu Çempionlar Liqasında 15 qola ən tez imza atan oyunçu olub.
Norveçli forvard IV turda evdə Belçika "Brügge"sini 3:0 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Holann turnirdəki 12 oyunda 16 qol vurub. Futbolçu Dortmund təmsilçisindən başqa sabiq klubu Avstriya "Zaltsburq"unun heyətində də fərqlənib.
Niderlandlı sabiq futbolçu Rud van Nistelroy və hazırda İspaniya "Qranada"sında çıxış edən Roberto Soldado 19 oyuna 15 qola imza ata bilib.
Kriştianu Ronaldu 51, Lionel Messi 29, Robert Levandovski isə 25 görüşə 15 qol vurmağı bacarıb.
Qeyd edək ki, Erlinq Holann 2019-cu ilin dekabrında "Zaltsburq"dan "Borussiya"ya keçib.
(report)

Daha çox xəbər:

Ronaldu 102-ci qolu ilə azərbaycanlı futbolçunun rekorduna yaxınlaşdı
İdman
Çempionlar Liqasının püşkü atıldı: Messi Ronalduya qarşı - QRUPLAR
İdman
Dünyanın ən çox qazanan futbolçusu açıqlandı — SİYAHI
İdman
Lionel Messi "Barselona"dakı gələcəyi ilə bağlı qərarını açıqladı
İdman
Çempionlar Liqasında finalçılar məlum oldu
İdman