İdman
25 yanvar 2021
317
"Fənərbağça" Özilin transferi üçün pul toplamağa başladı
Türkiyənin "Fənərbağça" klubu futbolçu Mesut Özilin transferi üçün azarkeşlərin köməyi ilə pul toplamağı planlaşdırır.
Report xəbər verir ki, bu barədə klub prezidenti Ali Koç açıqlama verib. O, "Mesut Ol" kampaniyası başlatdıqlarını diqqətə çatdırıb: "Ən azı bir sms rica edirəm. Telefonu olmayan uşaqlar ata-analarından sms göndərmələrini istəsinlər".
"Fənərbağça" fanatları "Mesut Ol" kampaniyasına böyük maraq göstəriblər. Onlar MESUTOL yazaraq, 1907-yə 20 dəqiqə ərzində 35 000 sms göndəriblər. Bu qədər qısa mesaj qarşılığında 700 000 türk lirəsi (160 494 manat) yığılıb. Bu yolla 2 milyon avro pul toplanılması nəzərdə tutulub. Klub Özilin formasının satışından da pul qazanmaq niyyətindədir.
Qeyd edək ki, hazırda "Fənərbağça"nın borcu 520 milyon avrodur. Mesut Özillə 2023-cü ilədək rəsmi müqavilə bağlanılacaq.
Daha çox xəbər:
Milli Məclisin növbəti il üçün xərclər smetası müəyyənləşdirildi
SiyasətMesut Özil İslam dünyasına müraciət etdi
İdman“Barselona” azarkeşləri etiraz aksiyasına başladı - Foto+Video
İdman, Video“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a 30 milyon manatdan çox borcu var ...
Cəmiyyət"Trabzonspor" 23 il sonra bunu bacardı — Finala yüksəldi
İdman