İdman
28 iyul 2024
348
Azərbaycan, Paris Olimpiya Oyunlarının Açılışında Fransanın Dövlət Televiziyasının Qarşıdurma Yaradan İddialarına Etirazını Bildirib
İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransanın dövlətə məxsus milli televiziyası olan France2 telekanalının müxbiri Azərbaycan və Ermənistan idmançılarının paraddan keçidi zamanı ayrı-seçkilik nümayiş etdirərək Azərbaycanı Ermənistanla toqquşmalarda ittiham edib. Eyni zamanda, Ermənistanı Fransanın dostu adlandırıb və qeyd edib ki, bu il erməni xalqı üçün "Dağlıq Qarabağ"ın Azərbaycan ordusu tərəfindən süqutu kimi yadda qalıb.
Bu, faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şəkildə "Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı" (A/RES/78/10) ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, "BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır".
Baş vermiş halla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib. Məktubda qeyd olunub ki, dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa Hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib.
Daha çox xəbər:
Azərbaycan Cüdoçuları Yaşar Nəcəfov və Gültac Məmmədəliyeva Paris Olimpiada ...
İdmanAzərbaycan Cüdoçusu Balabəy Ağayev Paris Olimpiadasında Uduzaraq Mübarizəni ...
İdmanRespublika Olimpiya Mərkəzi təmirdən sonra istifadəyə verildi
İdmanHikmət Hacıyev: "Fransanın rəsmi şəxsləri əsassız şəkildə Azərbaycana qarş ...
SiyasətBərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb
Bölgə