İdman
30 iyul 2024
135

Azərbaycan, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 15-ci yerdədir.

Azərbaycan, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 15-ci yerdədir.

Komandamızın hələlik bir qızıl medalı var. Cüdoçu Hidayət Heydərov (73 kq) ötən gün olimpiya çempionu adını qazanıb. Azərbaycan, Rumıniya və Özbəkistan da bir qızıl medalla 15-ci sıradadır.

Medal siyahısına Yaponiya 6 qızıl, 2 gümüş və 4 bürünc medalla liderlik edir. Meydan sahibi Fransa 5 qızıl, 8 gümüş və 3 bürünc medalla ikinci, Çin isə 5 qızıl, 5 gümüş və 2 bürünc medalla üçüncü yerdədir.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq. Azərbaycana və idmançılarımıza uğurlar arzu edirik!