Tel: 099 340 40 33

Siyasət
28 avqust 2021
533

İlham Əliyev Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançılarımızı təbrik etdi

İlham Əliyev Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançılarımızı təbrik etdi


Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qızıl medallar qazandıran idmançılarımızı təbrik edib.

Dövlət başçısı bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram!” - İlham Əliyev qeyd edib.