İdman
12 yanvar 2021
1000
Bakıdakı Dünya Kuboku ləğv edildi
Fevralın 13-14-də Bakıda keçirilməsi nəzərdə tutulan Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku ləğv olunub.
"Ölkə.Az" Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
Bakıdakı Kubok ilə yanaşı Beynəlxalq Gimnastika Federasiyası İdman gimnastikası üzrə Dünya Kubokunun (Almaniya, 25-28 fevral) ləğv olunması, o cümlədən Akrobatika gimnastikası üzrə Dünya Kubokları (Rusiya -19-21 fevral; Portuqaliya - 5-7 mart; Belçika 9-11 aprel) və Aerobika gimnastikası üzrə Dünya Kubokunun (Yaponiya 24-25 aprel) təxirə salınması ilə əlaqədar qərar çıxarıb.
Qeyd edək ki, Bakıda İdman gimnastikası üzrə Dünya Kuboku (4 - 7 mart), Bədii gimnastika üzrə Dünya Kuboku (7 - 9 may), Aerobika gimnastikası üzrə 9-cu Dünya yaş qrupları yarışları (21 - 23 may), Batut gimnastikası və tamblinq üzrə 35-ci Dünya Çempionatı (11 - 14 noyabr) və 28-ci Dünya yaş qrupları yarışlarının (19 - 22 noyabr) keçirilməsi nəzərdə tutulur.
Daha çox xəbər:
Rusiyanın məşhur səhifəsi Firdovsi Umudovun görüntüsünü paylaşdı - Video
İdman2021-ci ilin atıcılıq üzrə son yarışı Bakıya salındı
İdmanYeniyetmə və gənclərin Avropa çempionatı ləğv olundu
İdmanAzərbaycan Qran-prisi ləğv olundu
İdmanAzərbaycanda DAHA BİR QADAĞA ləğv edildi — Koronavirusla bağlı...
İdman