İdman
30 avqust 2021
1613
Azərbaycan cüdoçuları Paralimpiya Oyunlarında hamını qabaqladı - FOTO
Azərbaycan cüdoçuları Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarının ümumi medal sıralamasında 6 qızıl və 2 bürünc medal qazanaraq birinci yeri tutublar.
Özbəkistan ikinci (iki qızıl, iki gümüş və iki bürünc medal), İran isə üçüncü yerdədir (iki qızıl medal).
Paracudoçu medalçılar arasında Hüseyn Rəhimli, Dürsədəf Kərimova, Vüqar Şirinli, Xanım Hüseynova, Sevda Vəliyeva və Şahanə Hacıyeva qızıl, Namiq Abbaslı və İlham Zəkiyev isə bürünc mükafat əldə edib.
Qeyd edək ki, Ramil Qasımov Oyunların başlamasına bir neçə gün qalmış koronavirusa yoluxduğu üçün Paralimpiyadan uzaqlaşdırılıb.
Xatırladaq ki, hazırda Azərbaycanın on iki mükafatçısı var:
Paracüdoçular Hüseyn Rəhimli (-81 kq), Dürsədəf Kərimova (+70 kq), Vüqar Şirinli (-60 kq), Xanım Hüseynova (-63 kq), Sevda Vəliyeva ( -57 kq) və Şahanə Hacıyeva (-48 kq), üzgüçü Raman Saleh (100 metr kürək üstə), atletlər Həmid Heydərli (nizə atma, dünya rekordu - 51,42 m) və Elvin Astanov (kürə atma, dünya rekordu - 8,77 m) qızıl, paracüdoçular Namiq Abbaslı (-66 kq) və İlham Zəkiyev (+100 kq), pauerliftinq Pərvin Məmmədov (-49 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Tokio Olimpiadası Azərbaycan Paralimpiya Hərəkatı üçün yeddinci oyunlardır. Əvvəlki Paralimpiya Oyunlarında idmançılarımız 38 medal - 9 qızıl, 18 gümüş və 11 bürünc qazandılar.
Bu il ölkəmiz Paralimpiya Oyunlarında altı idman növü üzrə yarışan 35 idmançı (23 kişi və 12 qadın) ilə təmsil olunur.
Daha çox xəbər:
Daha bir qızıl medal qazandıq
İdmanİlham Əliyev Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançılarımızı tə ...
SiyasətQətldə ittiham olunan güləşçi yığmamızdan kənarlaşdırıldı
KriminalAzərbaycan indi də idmanda Ermənistanı məğlub edir - VİDEO
İdmanAzərbaycanda qızıl və gümüş ucuzlaşdı
İqtisadiyyat