İqtisadiyyat, Video
07 sentyabr 2020
391
Bakıda qiymətinə görə ən münasib evlər hardadır? — VİDEO
Avqustun 8-dən rayonlardan Bakıya gəlmək mümkün olduğundan təhsil və ya iş üçün paytaxta üz tutanların sayı artacaq. Bu səbəbdən də kirayə mənzil bazarında canlanma yaranıb.
Xəzər TV xəbər verir ki, qiymətlər isə bahalaşmağa başlayıb. Bəs Bakıda şəraitinə və qiymətinə görə ən münasib evlər hardadır?
Sərt karantin rejminin tədricən yumşaldılması və rayonlara gediş-gəlişin ayın 8-dən bərpa olunacağı kirayə mənzil bazarında canlanmaya səbəb olub. Xüsusi ilə yeni tədris ilindən əyani təhsilin qismən bərpası da canlanmanın əsas səbəblərindədir. Bu isə hələlik qiymətləri 5-10 faiz civarında artırıb.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, əsas tələb 1 və 2 otaqlı mənzillərədir. Həmin mənzillərin qiymətləri isə yerləşdiyi əraziyə uyğun dəyişir. Şəraitinə və qiymətinə görə, ən münasib evlər Bakının üçüncü zonası sayılan, Yasamal, binəqədi, nəsimi, xətai və nizami rayonlarınındadır
Mərkəz sayılan, xüsusilə də ali məktəblərə yaxın olan yaşayış binalarında isə qiymətlər bahadır.
Ekspertin sözlərinə görə, pandemiya dövründə kirayə mənzil bazarında qiymətlər nəzərə çarpacaq dərəcədə enmişdi. Karantin rejmi yumşaldıqca tələb artır. Bu isə getdikcə qiymətlərin bahalaşacağı anlamına gəlir.
Daha çox xəbər:
Rayonlara gediş-gəliş bərpa edilə bilər? — AÇIQLAMA
ÖlkəBakıda səkkiz fəndən “iki” alan şagirdlə bağlı — RƏSMİ AÇIQLAMA
ÖlkəAylıq 138 manat ödənişlə ev almaq istəyənlərin nəzərinə – TARİX AÇIQLANDI
SosialHövsan Yaşayış Kompleksindən hərbi qulluqçulara 803 mənzil ayrılıb
CəmiyyətBakıda ucuz mənzillər bahalaşıb — Bahalı mənzillər isə ucuzlaşıb
Cəmiyyət