İqtisadiyyat
07 yanvar 2021
342
Mənzillərin qiyməti bahalaşacaqmı? - AÇIQLAMA
"Hesab edirəm ki, tarif dəyişikliyi mənzillərin qiymətinə hər hansı təsir göstərməyəcək. Bu, elə bir xərclərdir ki, sırf sənədləşmə ilə bağlı olan xərclərə aiddir".
Bu sözləri "ARB24"-ə daşınmaz əmlak eksperti Ramil Qasımzadə deyib.
Onun sözlərinə görə, qiymətlər o səviyyədədir ki, birbaşa olaraq hər hansı mənzilin dəyərinə bir neçə yüz manat təsir göstərmir:
"2009-cu ildən etibarən müddəti nəzərə alaraq son 11 ildə əmlakın qiymətlərini müqayisəli götürsək, 2 dəfədən artıq qiymətlər artıb. Amma hazırkı tariflər əvvəlki dövrlə müqayisədə eynilə qalıb. Yəni 2009-cu ildə əgər Bakı şəhərində bir otaqlı mənzilin qiyməti təxminən 20 min manat ətrafında idisə, bu gün minimum həmin qiymətlər 45 min manat ətrafındadır".
Daha çox xəbər:
Azərbaycanda ətin qiyməti qaldırılır? AÇIQLAMA
İqtisadiyyatMarketlərdə kəskin bahalaşma - Qiymətlər nə qədər artdı?
İqtisadiyyatDigər ölkələrdə benzin və dizel neçəyədir? (SİYAHI)
İqtisadiyyatBakıda qiymətinə görə ən münasib evlər hardadır? — VİDEO
İqtisadiyyat, VideoAylıq 138 manat ödənişlə ev almaq istəyənlərin nəzərinə – TARİX AÇIQLANDI
Sosial