İqtisadiyyat
14 yanvar 2021
1013
Ölkəyə gələnlərin sayında kəskin azalma olub - RƏSMİ
“Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin yanvar-fevral aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gələnlərin sayında artım olub”.
Oxu.az məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2020-ci il bütün dünyada COVID-19-la mübarizə ili kimi yadda qalıb:
“2019-cu ildə ölkəyə gələnlərin sayında artım olub. 2020-ci il koronavirus olmasaydı, dinamik artım olardı. Mart ayından pandemiya başladı və hələ də qüvvədədir. Sərhədlərdən keçidin məhdudlaşması miqrasiya proseslərinə də mənfi təsir göstərib”.
“Pandemiya başlayanda ölkədə 59 min 800 nəfər əcnəbi var idi ki, COVID-19-la bağlı vəziyyətə görə ölkəni tərk edə bilmirdi və etmək istəmirdi.
Bu şəxslərin müraciətləri leqallaşdı və xidmət tərəfindən heç bir əcnəbi ölkədən çıxarılmadı. Pasport müddəti bitən əcnəbilərin də müraciətləri nəzərə alındı”, - deyə o əlavə edib.
Daha çox xəbər:
Pandemiya dövründə ölkədə yaşamasına icazə verilən əcnəbilərin sayı AÇIQLAN ...
CəmiyyətKoronavirusdan ölüm sayında rekord qeydə alındı
DünyaÇexiyada COVID-19-dan ölənlərin sayında rekord
DünyaGeneral-leytenant Firudin Nəbiyev dünyasını dəyişdi
HadisəTürkiyədə Covid-19-a yoluxma və ölüm sayında azalma
Dünya