İqtisadiyyat
19 yanvar 2021
364
Azərbaycanla İran arasında yeni avtomobil körpüsü tikiləcək
Azərbaycan və İran arasında Astara sərhəd gömrüyündə yeni avtomobil körpüsü tikiləcək.
Trend xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib.
M.Eslaminin sözlərinə görə, bununla əlaqədar gələn ay müqavilə imzalanacaq və Astarada körpü və terminalın təməli qoyulacaq.
O, əlavə edib ki, hazırda Astarada mövcud olan avtomobil körpüsü iki ölkə arasında məhsul mübadiləsi və tranziti üçün yetərli deyil.
İranlı nazir qeyd edib ki, yeni körpü və terminal vasitəsilə Bakı-Astara magistral yolu İranın Ərdəbil-Astara-Rəşt magistral yoluna birləşəcək.
M.Eslami qeyd edib ki, Azərbaycan vasitəsi ilə digər ölkələrə çıxış İran üçün böyük fürsətdir. Bu baxımdan Şimal-Cənub Nəqliyyat Dəhlizinin aktivləşdirilməsi diqqət mərkəzindədir.
Nazir bildirib ki, koronavirus pandemiyası dövründə İran və Azərbaycan arasında ticarət münasibətlərinin inkişafında hər hansı azalma olmayıb, çünki sərhədlər idxal-ixrac prosesi üçün bağlanmayıb:
“Astara-Astara dəmiryolu vasitəsi ilə iki ölkənin ticarət mübadiləsi 25% artıb. Bu isə ikitərəfli münasibətlərin inkişaf etməkdə olduğunu göstərir. Həmçinin tranzit haqqında da iki ölkə arasında anlaşmalar əldə olunub”.
Daha çox xəbər:
Zərif Qarabağda müharibənin bitməsini şərh etdi
DünyaNaxçıvan-İran sərnişin qatarı yenidən fəaliyyətə başlaya bilər
İqtisadiyyatSON DƏQİQƏ: İsrail və İran qüvvələri arasında atışma- ÖLƏNLƏR VAR
DünyaPrezidentin köməkçisindən İranın münaqişənin həllindəki rolu ilə bağlı AÇIQ ...
Siyasətİran işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri görmək istəyir
İqtisadiyyat