İqtisadiyyat
21 yanvar 2021
991
Türkiyənin ən böyük bankı Şuşada filial açır
Türkiyənin ən böyük bankı olan “Ziraat Banka”sının Azərbaycandakı törəməsi - “Ziraat Bank Azerbaijan” ASC Qarabağda filial açmağa hazırlaşır.
“Report” xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Avni Dəmirçi bildirib.
"Yeni filial üçün Şuşa şəhərində münasib yer axtarırıq. Qarabağda filial açmaqla həm dövlət qurumlarının xətti ilə, həm də öz imkanlarımızla bu bölgədən olan sahibkarlara güzəştli kreditlər verməyi düşünürük”, - deyə o, qeyd edib.
Bankir həmçinin rəhbərliyində təmsil olunduğu “Caspian Energy Club”un Türkiyədə nümayəndəliyinin açıldığını da bildirib: "Bu nümayəndəlik vasitəsi ilə biz Qarabağa Türkiyə və digər Qara dəniz hövsəi ölkələrindən investisiya cəlb edəcəyik".
Daha çox xəbər:
“Dağlıq Qarabağa Rusiya və Türkiyə sülhməramlıları yerləşdiriləcək” - Bahçe ...
Dünya“Qara buludların ardından günəş doğdu” - Türkiyə rəsmilərindən Şuşa paylaşı ...
DünyaDTX filial müdirini saxlamayıb — RƏSMİ
KriminalAzərbaycanda bank sədri həbs edilib — FOTO
KriminalBakıda bank işçisi koronavirusa yoluxdu — Filial bağlandı
Cəmiyyət