Dünya
11 noyabr 2020
353

“Dağlıq Qarabağa Rusiya və Türkiyə sülhməramlıları yerləşdiriləcək” - Bahçeli

“Dağlıq Qarabağa Rusiya və Türkiyə sülhməramlıları yerləşdiriləcək” - Bahçeli


"30 ilə yaxın Qarabağda davam edən düşmən hücumuna tarixi bir zərbə endirildi və Azərbaycan qəhrəmanlıqla torpaqlarını işğaldan azad etdi".
Bunu Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli Türkiyə Böyük Millət Məclisindəki çıxışı zamanı deyib.

“Çox şükür sonda haqq öz yerini tapdı və Türklər böyük zəfər qazandı. Qatil Paşinyan məğlub şəkildə, əlləri əsə-əsə sülh sazişinə imza atmaq məcburiyyətində qaldı. Keçmiş intiqamımız alındı. Biz çox xoşbəxtik ki, Ermənistan indiyə qədər tökdüyü qanların cəzasını ağır ödədi. İlham Əliyevin də qeyd etdiyi kimi Paşinyan danışıqlara öz iradəsi ilə deyil, Azərbaycanın dəmir yumruğu ilə gəlib. Qarabağ Türkdür, Qarabağa Azərbaycandır”, - deyə o, əlavə edib.

Daha sonra Bahçeli türk sülhməramlılarının Qarabağa yerləşdirilməsi məsələsinə də münasibət bildirib:

“Dağlıq Qarabağ və Laçın dəhlizi təmas xətti boyu Rusiya və Türkiyə sülhməramlıları yerləşdiriləcək”, - deyə, o, vurğulayıb.