Ölkə
12 noyabr 2020
379
Dağlıq Qarabağa Rusiyanın hərbi helikopterləri də nəzarət edəcək

Rusiyanın Hərbi Kosmik Qüvvələrinin Mi-8 və Mi-24 helikopterləri Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatında fəaliyyət göstərəcək.
Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumatda bildirilir ki, helikopterlər atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin havadan izlənməsi üçün istifadə ediləcək. Həmçinin onlar çətin relyefli rayonlara sülhməramlıları və mülkünü daşıyacaq.
Qeyd edək ki, son sutkada Dağlıq Qarabağa 414 rusiyalı sülhməramlı hərbçilər, çox sayda avtomobil, 8 helikopter və pilotsuz uçan aparatlar yerləşdirilib.

Daha çox xəbər:

“Dağlıq Qarabağa Rusiya və Türkiyə sülhməramlıları yerləşdiriləcək” - Bahçe ...
Dünya
Rusiyanın sülhməramlı hərbçiləri Laçın dəhlizini nəzarətə götürdü
Cəmiyyət
Qarabağa sülhməramlı kimi getmək? Bizdən heç soruşmayıblar da – Finlandiyad ...
Dünya
BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib
Dünya
Rusiyanın müdafiə naziri Azərbaycana gəlib
Siyasət