İqtisadiyyat
18 fevral 2021
452
Bazarda bu məhsullar bahalaşıb - QİYMƏTLƏR - VİDEO

Paytaxt bazarlarında soğan, xiyar və pomidorun qiymətində artım müşahidə olunur.
Xəzər TV xəbər verir ki, xüsusilə soğanın qiymətində bahalaşma var.
Rusiyadan gətirilən soğanın 1 kiloqramı 1 manatdır. Əvvəl soğanın qiyməti 30-50 qəpik civarında idi.
Keşlə bazarında pomidor və xiyarın qiymətində artım müşahidə edilir. Pomidor 2,50 AZN, xiyar isə 5 AZN-ə təklif olunur.
Satıcılar deyirlər ki, son zamanlar bu məhsulların topdan satış qiymətinin dəyişməsi bahalaşmaya səbəb olub.
8-ci kilometr bazarında isə satıcılar alıcı qıtlığından gileylənir. Bu bazarda qiymətlər nisbətən daha ucuzdur.

Daha çox xəbər:

Marketlərdə kəskin bahalaşma - Qiymətlər nə qədər artdı?
İqtisadiyyat
Bakıda qiymətinə görə ən münasib evlər hardadır? — VİDEO
İqtisadiyyat, Video
Neft 45 dollardan satılır
İqtisadiyyat
Azərbaycanda siqaret bahalaşdı
Gündəm, Ölkə
Bakıda ucuz mənzillər bahalaşıb — Bahalı mənzillər isə ucuzlaşıb
Cəmiyyət