İqtisadiyyat
12 mart 2021
1157
Maşın almaq istəyənlərə ŞAD XƏBƏR: Böyük GÜZƏŞTLƏR GƏLİR - RƏSMİ
Elektrik mühərrikli və istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin dövriyyəsi ilə bağlı alıcılar üçün güzəştli kredit şərtlərinin tətbiqi ilə əlaqədar stimullaşdırıcı tədbirlərin görülməsi istiqamətində müvafiq işlər görülür.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
İstehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq edilən vergi və gömrük rüsumlarına yenidən baxılması istiqamətində işlər aparılır.
Bununla yanaşı, ekoloji və yol təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı, dövlət qeydiyyatı və istismarının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması, habelə hibrid avtomobillərin idxalı zamanı əlavə dəyər vergisindən azad olunması üçün tədbirlərin görülməsi istiqamətində işlər həyata keçirilir.
Daha çox xəbər:
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb
CəmiyyətHazırda yollarda vəziyyət belədir
HadisəRusiya pomidor idxalı ilə bağlı Azərbaycana qoyduğu məhdudiyyəti ləğv edib
İqtisadiyyat“Pikap”ların YPX postlarında saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA
ÖlkəBakıya 1 milyonluq avtobuslar gətirilir? — Tunellərdən keçəcək və...
İqtisadiyyat