İqtisadiyyat
16 sentyabr 2020
1107
Prezident Pirallahıda avtomobil yollarının yenidən qurulması ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Daha çox xəbər:
İlham Əliyev Dövlət Agentliyinə 16,4 milyon manat ayırdı — SƏRƏNCAM
Gündəm, SiyasətPrezident Dövlət Agentliyinə 4,6 milyon manat vəsait ayırdı
Gündəm, İqtisadiyyatPrezident büdcədən pul ayırdı
Gündəm, SiyasətPrezident yol tikintisinə 22 milyon manat ayırdı
İqtisadiyyatİlham Əliyev Dövlət Agentliyinə vəsait ayırdı
Gündəm, Ölkə