Kriminal
13 avqust 2020
354
Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - Fotolar

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları mütəşəkkil cinayətkarlıqla məşğul olan, “Lotu Quli” kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun dəstəsinin daha iki üzvünün yaxalanması istiqamətində Odessada xüsusi əməliyyat keçiriblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.
“Təcili istintaq və əməliyyat tədbirlərinin nəticələrinə görə, kəşfiyyatçılar daha əvvəl bir sahibkarın qarət edilməsi, soyulması və qaçırılması ilə əlaqəli olan qrupun daha iki fəal üzvünü müəyyənləşdiriblər. Bu gün əməliyyatçılar tərəfindən Odessa şəhərində sahibkarların fəaliyətinə müdaxilə edənlər saxlanılıb”,- deyə məlumatda qeyd olunub.
Saxlanılan hər iki şəxs Ukrayna Cinayət Məcəlləsinin 187 (soyğunçuluq) və 146 (qanunsuz həbs və ya qaçırma) maddələri üzrə cinayət törətməkdə ittiham olunurlar.



Daha çox xəbər:

"Bandotdel" əməliyyat keçirdi, silahlı şəxs saxlanıldı — SON DƏQİQƏ
Kriminal
9 ölkədə axtarılan “Türk Eskobar” saxlanıldı
Dünya
Ukraynada 3 Azərbaycan vətəndaşı saxlanıldı - Fotolar
Kriminal
Korrupsiyaya qarşı Mübarizə İdarəsindən daha bir əməliyyat — Vəzifəli şəxs ...
Kriminal
Azərbaycan-Rusiya sərhədində baş verən hadisələrə görə cinayət işi açıldı – ...
Kriminal