Kriminal
19 avqust 2020
314

Azərbaycanda vəzifəli şəxsin meyiti dərədən tapıldı

Azərbaycanda vəzifəli şəxsin meyiti dərədən tapıldı


Yardımlı rayonunda dərədə kişi meyiti tapılıb.
Report-un məlumatına görə, Tahirli kənd sakini Təyyar Sərhadalı oğlu Məhərrəmov üç gün əvvəl meşə gözətçisi olduğu əraziyə getmək üçün avtomobilini aşağı kənddəki həyətlərdən birində saxlayıb.

Ailə üzvləri iki gün ərzində T.Məhərrəmovun qayıtmadığından narahat olduqlarına görə polis şöbəsinə məlumat veriblər.

Bu gün meşəbəyinin meyiti Hanoba meşəsindəki dərədə aşkar olunub.
Hadisənin hansı şəraitdə baş verməsi barədə hələlik məlumat yoxdur.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

T.Məhərrəmovun üç ay əvvəl meşəbəyi təyin olunduğu bildirilir.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.