Kriminal
21 avqust 2020
341
Hacıqabulda keçmiş məhkum narkotik bitki yetişdirdiyinə görə saxlanılıb — FOTO
Hacıqabulda narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində əməliyyat keçirilib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq etməklə çətənə bitkisi yetişdirən şəxsi həbs ediblər.
Əməliyyat zamanı Hacıqabul rayonunun Meynim kənd sakini, 1957-ci il təvəllüdlü Əliyev Gəncalı Abbasəli oğlunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Oradan 9 ədəd əkib-becərilməsi qadağan olan narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.
Qeyd edək ki, adı çəkilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum olunub.
Faktla bağlı Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.