Kriminal, Video
05 sentyabr 2020
375
DTX-nin tutduğu “Abu İbrahim Dağıstani”yə 19 il həbs cəzası verildi

Azərbaycan vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində Pakistanda saxlanılaraq 2019-cu ilin oktyabrında Azərbaycana ekstradisiya edilmiş “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarını partlayıcı qurğularla təchiz edən mütəxəssis kimi fəaliyyət göstərmiş Güləliyev Bəhram Tağıbəy oğlunun məhkəməsi yekunlaşıb.
DTX-dən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhram Güləliyev 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Daha çox xəbər:
.jpg)
Bakıda qız onu danlayan 83 yaşlı anasına 49 bıçaq VURDU — DƏHŞƏTLİ QƏTLİN T ...
Kriminal
DTX daha bir əməliyyat keçirdi — FOTO
Kriminal
Eldar Həsənov apellyasiya şikayəti verdi
Cəmiyyət
XİN: Tovuz istiqamətindəki təxribatlar Ermənistan tərəfindən törədilmiş ter ...
Siyasət
DTX-nin tutduğu XİN vəzifəliləri barədə qərar verildi
Kriminal