Kriminal
14 sentyabr 2020
210
Bərdədə qardaş bacısını bıçaqlayıb öldürmək istədi, köməyə gələn polisə də xəsarət yetirdi
Bərdədə bacısını və polisi bıçaqlayaraq öldürməyə cəhddə təqsirli bilinən Elçin Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası sentyabr ayının 23-nə təyin olunub.
Qeyd edək ki, hadisə bu ilin may ayının 30-da Bərdə rayonunun Qaradəmirçi kəndində baş verib.
Kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon polis şöbəsinin əməkdaşları həmin ünvana gediblər.
Polis əməkdaşları evin həyətyanı sahəsinə daxil olarkən Vüsalə azyaşlı övladı Fatimə ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərov əlindəki bıçaqla onu təqib edərək qadına kürək nahiyəsindən qəsdən 3 dəfə zərbə vurub.
Daha sonra xidməti vəzifəsini həyata keçirməklə Vüsalənin öldürülməsinin qarşısını alan polis əməkdaşı Eşqin Məmmədova da bıçaqla qəsdən bir zərbə vuraraq daxilə keçən deşilmiş-cırılmış xəsarət yetirib.
E.Cəfərov digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham verilib.
Daha çox xəbər: