Kriminal
19 oktyabr 2020
314
Ermənistan Ağcabədi və Tərtərə raket atıb - SON DƏQİQƏ

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluqdan verilən məlumata görə, 18.10.2020-ci il tarixdə səhər saatlarından düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Yuxarı Qiyaməddinli və Qaraxanlı kəndlərində ümumilikdə 25-dən artıq yaşayış evinə külli miqdarda ziyan dəyib.
Bundan başqa, 19.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Ələsgərli kənd sakini 1962-ci il təvəllüdlü Səlimov Niyaz Hüseynalı oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, yaşadığı evə isə ciddi ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Daha çox xəbər:

Düşmən Ağdamı atəşə tutdu: Yaralılar var - RƏSMİ
Hadisə
Ermənilərin Goranboyu atəşə tutması nəticəsində bir nəfər öldü
Kriminal
Ağdamda düşmən təxribatı: 75 yaşlı qadın öldü - RƏSMİ
Kriminal
Baş Prokurorluq: Ermənistanın təxribatı nəticəsində mülki əhalidən 55 nəfər ...
Hadisə
Evlərin atəşə tutulması ilə bağlı cinayət işi başlandı
Kriminal