Kriminal
06 noyabr 2020
309
Hacıqabulda həmyerlisini baltalayan şəxs HAKİM QARŞISINDA

Hacıqabul rayonunda həmyerlisinə balta ilə xəsarət yetirməkdə təqsirli bilinən Şahin Quliyev Ali Məhkəməyə müraciət edib.
Onun müraciətinə hakim İnqilab Nəsirovun sədrliyi ilə noyabrın 25-də baxılacaq.
Məlumata görə Hacıqabul sakini, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü Atamoğlanov Yaqub Ağarza oğlu baş nahiyəsindən küt alətlə vurulub.
Komatoz vəziyyətdə olan yaralı ilkin olaraq Şirvan şəhər Xəstəxanasına, daha sonra isə Bakı şəhərinə aparılıb. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.
Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 1988-ci il təvəllüdlü Quliyev Şahin Qurban oğlu polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, hadisənin mübahisə zəmnində baş verdiyi bildirilib.

Daha çox xəbər:

Anasını öldürmək istəyən gəncin məhkəməsi başladı
Kriminal
Şəmkirdə bacanağını güllələyərək qətlə yetirən şəxs HAKİM QARŞISINDA
Kriminal
Hacıqabulda keçmiş məhkum narkotik bitki yetişdirdiyinə görə saxlanılıb — F ...
Kriminal
Şəmkir sakini bacanağını başından güllələyib öldürdü — MƏHKƏMƏ
Hadisə
Bakının 4 rayonunda polis əməliyyat keçirdi — Saxlanılanlar var
Kriminal