Kriminal
07 yanvar 2021
1202
Bakıda narkotik alveri edən qadın saxlanılıb

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Bəşirov paytaxtın Nəsimi rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq heroin və metamfetamin aşkar edilib.
Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 5 kiloqram 385 qram heroin və 414 qram metamfetamin götürülüb.
Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qrupun digər üzvü - Abşeron rayon sakini L.Abuzərova da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Ondan narkotik vasitələrin satışından əldə olunmuş pulların yükləndiyi bankomat kartı götürülüb.
Daha çox xəbər:

Polis bu rayonda əməliyyata başladı — Dəstə tutuldu - VİDEO
Video, Hadisə
Xaçmazda “Fedya” ləqəbli narkotacir tutuldu — FOTO
Kriminal
Hacıqabulda keçmiş məhkum narkotik bitki yetişdirdiyinə görə saxlanılıb — F ...
Kriminal
Oğuzda narkotik becərənlər polisə atəş açdı - Fotolar
Kriminal
Bakının 4 rayonunda polis əməliyyat keçirdi — Saxlanılanlar var
Kriminal