Kriminal
07 yanvar 2021
248

Jurnalistin maşını qarət edildi - Foto

Jurnalistin maşını qarət edildi - Foto


Jurnalist İlham Məmmədzadənin avtomobili qarət edilib.

"Qafqazinfo" xəbər verir ki, o bu barədə feysbuk hesabında məlumat verib.

İ. Məmmədzadə qeyd edib ki, hadisə Sumqayıt şəhərindəki 36-cı məhəllədə baş verib. Onun sözlərinə görə, son 2 ildə ikinci dəfədir ki, belə hadisə ilə qarşılaşır: "Bunun səbəbi isə çox sadədir. Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsindən bu kimi hallara baxılmır. Polis rəsmi şəkildə bildirir ki, dəymiş ziyan 5 000 manatdan aşağı olduğu üçün cinayət işi açılmır".

Jurnalist əlavə edib ki, təqribən 10 gün öncə də qonşu məhəllədən bir dostunun avtomobilini oğurlayıblar.

Jurnalistin maşını qarət edildi - Foto