Kriminal, Video
17 fevral 2021
978
Bakıda kişini zəncirləyən şəxs məsuliyyətə cəlb edildi - VİDEO
![Bakıda kişini zəncirləyən şəxs məsuliyyətə cəlb edildi - VİDEO Bakıda kişini zəncirləyən şəxs məsuliyyətə cəlb edildi - VİDEO](https://olke.az/photo/770x415/2021/02/17/1613541138_fotojet-19.jpg)
Sosial şəbəkələrdə bir nəfər şəxsin zəncirlə dirəyə bağlanılmasını əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyində araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu rayonunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxs 12 gün bundan əvvəl paytaxtın Sabunçu qəsəbəsində yerləşən marketlərin birinə daxil olub. Bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə marketin sahibi, 24 yaşlı Rahib Lətifov onun boğaz nahiyəsinə zəncir taxaraq marketin qarşısındakı dirəyə bağlayaraq mobil telefonla videogörüntüyə alıb və kadrları sosial şəbəkələrdə yayıb.
Törətdiyi əmələ görə R.Lətifov məsuliyyətə cəlb edilib, qanunvericiliyə uyğun olaraq onun barəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Bakıda vəzifəli şəxsin toy məclisində iştirak edənlər cəzalandırıldı — FOTO](https://olke.az/uploads/1598517170/2.jpg)
Bakıda vəzifəli şəxsin toy məclisində iştirak edənlər cəzalandırıldı — FOTO
Hadisə![Axşam 10-dan sonra işləyən kafe-restoranlar aşkarlandı, 38 nəfər cərimələnd ...](https://qafqazinfo.az/uploads/1597826325/din.jpg)
Axşam 10-dan sonra işləyən kafe-restoranlar aşkarlandı, 38 nəfər cərimələnd ...
Hadisə![Bakıda karantinə nəzarət gücləndirildi](https://qafqazinfo.az/uploads/1593096244/karantinnn.jpg)
Bakıda karantinə nəzarət gücləndirildi
Cəmiyyət![22-ci polis bölməsinin qarşısında nə baş verib?](https://qafqazinfo.az/uploads/1595924653/polis.jpg)
22-ci polis bölməsinin qarşısında nə baş verib?
Kriminal![Polis Bakıda ad günü məclisini dayandırdı — Kabab manqalda qaldı, iştirakçı ...](http://olke.az/uploads/1593849519/kaba.jpg)
Polis Bakıda ad günü məclisini dayandırdı — Kabab manqalda qaldı, iştirakçı ...
Kriminal