Hadisə
19 avqust 2020
317
Axşam 10-dan sonra işləyən kafe-restoranlar aşkarlandı, 38 nəfər cərimələndi - Foto
Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb.
DİN xəbər verir ki, Sabunçu rayonunda müvafiq tədbirlərlə müəyyən olunan vaxtdan kənar, Bakıxanov qəsəbəsindəki bir restoranın qapalı zallarında 30 nəfər, Zabrat qəsəbəsindəki iki kafedə isə 8 nəfər müəyyən olunub.
Əsasən restoran və kafelərin qapalı zal və kabinetlərində sanitar-epidemioloji normalarını pozan 38 nəfər müvafiq polis idarəsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.
Daha çox xəbər:
Gəncədə karantini pozan çayxanalar aşkarlandı - Foto
KriminalZiyarətgaha gedənlər cərimələndi
Hadisə22-ci polis bölməsinin qarşısında nə baş verib?
KriminalBakıda polislə sakinlər arasında baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA ...
KriminalPolis Bakıda ad günü məclisini dayandırdı — Kabab manqalda qaldı, iştirakçı ...
Kriminal