Kriminal
05 avqust 2020
394
Gəncədə karantini pozan çayxanalar aşkarlandı - Foto
Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb. Çayxananı işlədən Qədir Verdiyev və 13 nəfər saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.
Davam etdirilən tədbirlər zamanı şəhərin Kəpəz rayonunda da xüsusi karantin rejiminin tələblərinə zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Polis əməkdaşları obyektin fəaliyyətini dayandıraraq çayxana sahibi Mahir İsgəndərovu 6 nəfər müştəri ilə birlikdə aidiyyəti üzrə Kəpəz rayon Polis İdarəsinə gətirib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
Daha çox xəbər:
Biləsuvarda nişan mərasimi keçirənlər cərimələndi
HadisəZiyarətgaha gedənlər cərimələndi
HadisəKarantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlandı — VİDEO
HadisəAzərbaycanda sərt karantinə rəğmən gizli fəaliyyət göstərən çayxana aşkarla ...
ÖlkəXaçmazda xüsusi karantin rejiminin ilk günündə toyu olan bəy və qonaqları t ...
Ölkə