Kriminal
16 mart 2021
1841
Sabunçuda nişan mərasiminin keçirilməsinin qarşısı alınıb
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sabunçu rayonu ərazisində yerləşən restoranlardan birində nişan mərasiminin keçirildiyi barədə 12-ci Polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən restoranın inzabatçısı, xidmət personalı və təşkilatçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Ümumilikdə 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Daha çox xəbər:
Daha 10 koronavirus xəstəsinə cinayət işi açıldı
HadisəEvi icazəsiz tərk edən COVID-19 xəstələrinin SAYI AÇIQLANDI
ÖlkəDİN: Şənbə və bazar günləri 34 nəfərə cinayət işi başlanılıb
HadisəAxşam 10-dan sonra işləyən kafe-restoranlar aşkarlandı, 38 nəfər cərimələnd ...
HadisəBakıda karantinə nəzarət gücləndirildi
Cəmiyyət