Kriminal
21 avqust 2020
1025
Bakıda “sxodka”da həbs edilən “Lotu Quli”nin qohumu imiş
Türkiyədə qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın qohumu Bakıda saxlanılıb.
“Report” xəbərinə görə, saxlanılan şəxsin adı Natiq Binnətovdur.
N.Binnətov bir neçə gün əvvəl Xətai rayonunda yerləşən restoranda cinayət törətməyə meyilli bir qrup şəxslə birgə xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edərkən saxlanılıb. Onun və məclis iştirakçılarından daha bir neçə nəfərin üzərindən narkotik vasitə çıxıb.
N.Binnətov və daha bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
N.Binnətov əvvəllər də həbsdə olub.
Xatırladaq ki, “Lotu Quli” ləqəbli Nadir Səlifov avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə gülllənərək qətlə yetirilib.
Daha çox xəbər:
Qatil "Lotu Quli"ni öldürməmişdən öncə — VİDEOYA ÇƏKDİ - Arxasınca gəlir ...
Kriminal“Lotu Quli”nin qətlinə görə daha bir nəfər saxlanıldı - Video
Kriminal, Video"Lotu Qulini" bu şəxs öldürüb — ŞOK TƏFƏRRÜAT
Kriminal“Lotu Quli” Türkiyədə qətlə yetirildi — FOTO / VİDEO
Kriminal, VideoUkraynada “Lotu Quli”nin adamları saxlanıldı - Fotolar
Kriminal