Kriminal
28 yanvar 2021
1065
Qətldə ittiham olunan güləşçi yığmamızdan kənarlaşdırıldı
Azərbaycanın sərbəst güləşçisi Nurməhəmməd Hacıyev milli komanda üzvləri siyahısından kənarlaşdırılıb.
Federasiyadan "Report"a verilən məlumata görə, Mahaçqala sakini Abdulbasir Ömərovun qətlində ittiham olunan 23 yaşlı idmançının adı 2021-ci il üçün Gənclər və İdman Nazirliyinə təqdim edilən siyahıda yer almayıb.
Bildirilib ki, məsələ ilə bağlı cinayət işi açılıb və istintaq davam edir, məhkəmə prosesinə isə hələ start verilməyib.
Federasiya mütəmadi olaraq Nurməhəmməd Hacıyevin durumu ilə bağlı məlumat alır. O, proses yekunlaşanadək yığmanın üzvü olmayacaq. Məsələ açıq qaldığından, Hacıyevin adı qeyri-müəyyən müddətədək yığma üzvləri siyahısından çıxarılıb.
Qeyd edək ki, Nurməhəmməd Hacıyevlə yanaşı, Surakat Asiyatilov və Hüseyn Asiyatilov Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir. Sərbəst güləşçi Azərbaycan millisinin üzvü kimi Minsk-2019 II Avropa Oyunlarında 97 kq çəki dərəcəsində gümüş, 2018 və 2019-cu il Avropa çempionatlarında bürünc medal qazanıb.
Daha çox xəbər:
Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin 41 yaşı tamam olur
Gündəm, ÖlkəHəbsdə olan sabiq icra başçısı məhkəməyə gətirilib — YENİLƏNİB
KriminalSüleymaninin qətlində şübhəli bilinən şəxs edam olundu
DünyaDövlətə xəyanətdə ittiham olunan şəxsin cəzası azaldıldı
KriminalMəşhur güləşçimiz axtarışa verildi — Ölüm ittihamı
İdman