Kriminal
01 iyul 2020
1057
Gömrükçülər sərhəddən qanunsuz xarici valyuta keçirilməsinin qarşısını aldılar

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar.
Bu barədə DGK məlumat yayıb.
İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstana gedən “Mercedez-Benz Atego” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda köynəyə bükülü halda gömrük nəzarətinə bəyan edilməyən 22 400 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbər:

“Bəhram artıq oturur və aktiv hərəkətlərə cəhd edir”
Gündəm, Şou biznes
Bəhram Bağırzadə ilə bağlı iddialara aydınlıq gətirildi — RƏSMİ
Şou biznes
Paşinyan Ermənistanın məğlub olduğunu bəyan etdi
Dünya
Azərbaycanda vəzifəli şəxs koronavirusa yoluxdu — SON DƏQİQƏ
Kriminal
Gömrükdə “yemiş” əməliyyatı — Yarım tondan çox narkotik ələ keçirildi - VİD ...
Kriminal