Maraqlı
06 noyabr 2020
1147
"Azərbaycan bayrağı Şuşada ucala bilər..." – Ovannisyan

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Arçrun Ovannisyan bugünkü açıqlamasında olduqca ilginc məqama toxunub.
Konkret.az bildirir ki, o, hər bir Azərbaycan əsgərinin üzərində dövlət bayrağının olduğunu bildirib.
O etiraf edib ki, azərbaycanlı diversantlar Şuşada dövlət bayrağını ucalda bilərlər:
“Azərbaycan hərbçilərinin Şuşa qalasının fonunda bayraq qaldıracaqlarını istisna etmirik”.
Başqa sözlə desək, Ovannisyan faktiki olaraq Şuşa uğrunda döyüşlərin məntiqi nəticəsinə öz auditoriyasını hazırlamağa çalışıb və iddia edib ki, elə foto-videolar görsəniz, inanmayın, çünki Azərbaycan əsgəri bayraq qaldırandan sonra şəkil çəkərək çıxıb gedir.
Deyəsən, ermənilər də Azərbaycan əsgərinin Şuşada bayraq qaldırandan sonra “çıxıb gedəcəyinə” inanmadığını nümayiş etdirib. Təsadüfi deyil ki, Ovannisyan buna görə bərk pəjmürdə olub.
Daha çox xəbər:

“Şuşada son çay”ın müəllifi olan dünya şöhrətli fotoqraf: “O torpaqların az ...
Şou biznes
Prezident: "Şuşada sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxı ...
Siyasət
Ermənistanın hərbi sözçüsündən etiraf: "Azərbaycan ordusu irəliləyir"
Hadisə
“Kompromisə hazırıq” — İrəvan “ağ bayraq” qaldırdı
Dünya
AzTV-dən Dövlət bayrağına HƏQARƏT — Telekanal bayrağımızı “parçaladı”
Gündəm, Cəmiyyət