Maraqlı
11 yanvar 2021
1078
“WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı AÇIQLAMA
“WhatsApp” tətbiqetmənin davamlı istifadəsi üçün 8 fevral tarixinə qədər təsdiqlənməsi ilə bağlı yenilənmiş gizlilik müqaviləsi barədə açıqlama verib.
Oxu.az xəbər verir ki, “WhatsApp” insanların tətbiqetmədən alış-veriş etməsini və müəssisələrdən dəstək almasını asanlaşdırmaq istəyir:
“Şəffaflığı daha da artırmaq və müəssisələrin “WhatsApp” vasitəsilə müştəriləri ilə ünsiyyət qurmasına kömək etmək üçün gizlilik siyasətimizi yeniləyirik. Bu sayədə müəssisələr ana şirkətimiz “Facebook” vasitəsilə etibarlı hostinq almaq imkanı qazanacaqlar.
Bu yeniləmə “WhatsApp”ın “Facebook”la məlumat paylaşmasını dəyişdirmir, insanların dünyanın harasında olursa-olsun, dostları və ya ailəsi ilə xüsusi ünsiyyət qurmalarına təsir göstərmir”.
Qeyd edilir ki, “WhatsApp”da dostlarınız və ailənizlə etdiyiniz söhbətlər və mesajlar şifrələmə ilə qorunur. Şifrələmə məlumatın yalnız sizin və söhbət etdiyiniz şəxs tərəfindən oxunub dinlənilməsini təmin edir. Üçüncü şəxslər hətta “WhatsApp” və ya “Facebook”da bu məzmuna baxa bilmir.
Daha çox xəbər:
“WhatsApp”, “YouTube” və “Telegram”la bağlı bütün dünyada problemlər yaranı ...
Cəmiyyət“WhatsApp” istifadəçiləri DİQQƏTLİ OLUN! — Bu mesajla tətbiq bloklana bilər
MaraqlıRamiz Mehdiyevin nəvəsinin toyundan video yayan şəxs məlum oldu — İDDİA
Siyasət“WhatsApp”da yeni maraqlı funksiya işə salınır
Cəmiyyət“WhatsApp”da yeni funksiya YARADILIR
Ölkə