Maraqlı, Video
18 noyabr 2020
1040
Prezidentin Xudafərinə sürdüyü avtomobilin özəllikləri - Video
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən eyni adlı şəhərlərə səfəri zamanı istifadə etdiyi avtomobil maraq doğurub.
“Qafqazinfo” xəbər verir ki, “AzCan Sentry” zirehli maşınının özəllikləri barədə Xəzər TV-nin “Birinci studiya” proqramında danışılıb.
Bildirilib ki, “AzCan” təhlükəsizlik sahəsində müştərək Azərbaycan-Kanada müəssisəsidir və avtomobil həmin müəssisədə hazırlanır. Maşın 8 nəfərlik heyəti daşımaq üçün nəzərdə tutulub və üzərində müxtəlif növ silahları quraşdırmaq mümkündür.
Qeyd edilib ki, 17 ton ağırlığında olan “AzCan Sentry” 362 at gücündə, 6-7 litrlik dizel mühərrikinə sahibdir və tank əleyhinə minalara davamlıdır.
Zirehli avtomobil iki modeldə istehsal edilir və 20 kilometr məsafədə hərəkəti müəyyən edə bilər.
Daha çox xəbər:
Prezidentlə xanımının Füzuli və Cəbrayıl səfərindən geniş - Video
Gündəm, Siyasət, VideoQarabağda yeni avtomobil yolu inşa ediləcək
Gündəm, İqtisadiyyatPrezident və Birinci vitse-prezident işğaldan azad edilmiş Füzuli və Cəbray ...
Gündəm, Siyasət, VideoDüşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatı, zirehli və avtomobil ...
ÖlkəYeni London taksilərinin hansı özəllikləri var? — VİDEO
Ölkə