Ölkə
27 iyul 2020
1016
Bağçalar açılır? – Bakı Şəhər İcra Hakimiyyəti aydınlıq gətirdi

Azərbaycanda uşaq bağçalarının yaxın vaxtlarda açılacağı barədə valideynlərə ismarışlar göndərilir. Bu haqda bəzi dövlət təlim-tərbiyə müəssisələrinin tərbiyəçiləri tərəfindən valideynlərə xəbərdarlıq edilir. Onlara bildirilir ki, uşaq bağçalarının açılmasına az vaxt qalıb, hazırlıq gedir.
Bu mesajların nə dərəcədə həqiqətə uyğun olub-olmaması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
“Yeni Sabah” bildirir ki, qurumdan verilən məlumata görə, bu məlumatlar həqiqəti əks etdirmir:
“Bununla bağlı məktəbəqədər təhsil müəssisələri ilə əlaqə saxladıq. Bizim tərəfimizdən belə bir məlumat verilməyib. Uşaq bağçalarının yenidən fəaliyyətə başlaması üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Belə bir qərar olmadığı üçün də bu məlumat əsassızdır. Ola bilər ki, bunu özəl bağçalar edib. Əgər belədirsə, onlar buna görə məsuliyyət daşıyırlar”.
Qeyd edək ki, ölkədə avqustun 5-dək sərt karantin rejimi, 31-nə kimi isə xüsusi karantin rejimi elan edilib. /Publika.az/

Daha çox xəbər:

Bakı sakinlərinə XƏBƏRDARLIQ — Bu tarixdə küçəyə çıxmayın!
Gündəm, Ölkə
Tərtərin icra başçısı COVID-19-a yoluxması barədə xəbərlərə aydınlıq gətird ...
Ölkə
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə — MÜRACİƏT
Ölkə
Bu həftəsonu 3 gün küçəyə çıxmaq qadağası ilə bağlı RƏSMİ AÇIQLAMA
Cəmiyyət
Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı — RƏSMİ
Cəmiyyət