Ölkə
07 avqust 2020
291
Azərbaycanda koronavirusa yoluxmanın ən çox və ən az olduğu yerlər — SİYAHI

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.
Koronavirusinfo.az saytı xəbər verir ki, son məlumatlardakı rəqəmlərə əsasən, Bakıda yoluxma halları cüzi də olsa azalıb.
Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 56,5 faiz təşkil edirdisə, hazırda bu, 56,3 faizdir.
Sonrakı yerlərdə 16,1 faizlə Abşeron, 9,4 faizlə Aran, 6,7 faizlə Gəncə-Qazax, 4,5 fazilə Lənkəran, 1,9 faizlə Quba-Xaçmaz, 1,7 faizlə Dağlıq Şirvan, 1,5 faizlə Şəki-Zaqatala, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.
Rəsmi məlumata görə, Naxçıvan Muxtar Respublikasında yenə də yeni yoluxma qeydə alınmayıb.
Ölkə xaricində yoluxanlar ümumi yoluxanların 0,8 faizini təşkil edir. /Sfera.az/


Daha çox xəbər:

Bu rayonlarda yoluxma artıb
Cəmiyyət
Bakının bu ərazisində koronavirusa yoluxma rekord həddədir — RƏSMİ
Cəmiyyət
ŞAD XƏBƏR! Azərbaycanın bu bölgəsində koronavirus bitdi
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxmanın bölgələr üzrə — STATİSTİKASI
Ölkə
Bakıda koronavirusa yoluxmanın ən çox olduğu rayon – STATİSTİKA
Cəmiyyət