Ölkə
07 avqust 2020
957
Çimərliklərin açılmasında əsas məqsəd D vitamini deyil — Fəlsəfə doktoru
"D vitamini sintezi yanlız çimərliklərdə baş vermir, müxtəlif üsullarla bu sintez gedə bilər. İnsanlar eyvanda dayandıqları zaman da D vitamini sintezi baş verir. Çünki eyvanda da günəş var".
Bu sözləri publika.az-a Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib.
Həkimin sözlərinə görə, çimərliklərin açılmasında məqsəd təkcə D vitaminin səviyyəsini qaldırmaq deyil: "Çimərliklərin insan immunitetini çox ciddi şəkildə gücləndirdiyi isə bir əfsanədir. Çimərlik sadəcə olaraq insanların istirahət etməsi üçündür. Oranı da fəaliyyətinin sadəcə olaraq istirahət məqsədilə bərpa etdilər. Bu gün insanlar çimərliyə gedə bilmədikləri üçün yox, evdə qaldıqları üçün immunitetləri zəifləyir. Bu isə problem ola bilər. Dövlət çimərliklərin açılması qərarını verərkən bütün mümkün riskləri qiymətləndirib və bu riskə gedib. Qarşıdakı 2-3 həftə ərzində də bunun təsirlərini müşahidə edəcəyik.
V.İsmayıl tövsiyə edib ki, kafe və restoranların fəaliyyətinə icazə verilsin: "Operativ Qərargahın dünənki brifinqində daha çox yumşalma gözləyirdim. Düşünürdüm ki, bəzi iş yerləri açılacaq, kafe və restoranların fəaliyyətinə icazə veriləcək. Amma bunlar olmadı. Mənim təklifim budur ki, tezliklə kafe və restoranların açılmasına icazə verilsin. Bu, xüsusi bir rejimlə də edilə bilər. Çünki kafe və restoranları düzənləmək kifayət qədər asandır və açılsa çox yaxşı olar".
Daha çox xəbər:
Baş nazirdən anons: hansı qadağalar ləğv ediləcək?
SosialTurizm obyektləri, restoran, kafe və iri ticarət mərkəzləri açılır? — DEPUT ...
Cəmiyyət"Vətəndaşların hamısı ailəvi rayonlara buraxılsın" — 15 gün icazə verilə ...
CəmiyyətÇimərliklərdən istifadəyə nə zaman icazə veriləcək? — VİDEO
CəmiyyətAzərbaycanda SMS icazə bərpa edilir, nəqliyyatın hərəkəti dayandırılır — SO ...
Cəmiyyət