Ölkə
07 sentyabr 2020
274
Abituriyentlər Ombudsmana şikayət etdi, DİM-ə məktub göndərildi

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva bir qrup abituriyent tərəfindən Ombudsmana edilmiş müraciət əsasında Dövlət İmtahan Mərkəzinə (DİM-ə) məktub ünvanlayıb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, müraciətdə koronavirus pandemiyası ilə əlaqədar olaraq məktəblərin bağlanması, həmçinin qrup halında məşğələlərin məhdudlaşdırılması ilə bağlı abituriyentlər üçün yaranmış çətinliklər, internetə fasiləsiz çıxışın olmaması səbəbindən bəzi abituriyentlərin onlayn dərslərə qoşulmasında ortaya çıxan problemlər, imtahan vaxtlarının dəyişdirilməsi məsələsi və bütün bunların nəticədə həmin abituriyentlərin imtahanlarda yüksək bal toplamasına mane olduğu qeyd olunub.
Abituriyentlərin Müvəkkilə müraciətini və bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus epidemiyasının daha geniş yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin normal həyat şərtlərini dəyişməsi, eyni zamanda cari ilin məzunlarının əvvəlki illərin abituriyentləri ilə müqayisədə daha gərgin psixoloji vəziyyətdə olmasını nəzərə alaraq, Ombudsman Səbinə Əliyeva müsabiqə şərtlərinin yumşaldılması və yaranmış vəziyyətlə bağlı müvafiq köməklik göstərilməsi ilə bağlı DİM rəhbərliyinə müraciət edib.
Daha çox xəbər:

Koronavirusa yoluxan abituriyentlərin arzuları ürəklərində qaldı — VİDEO
Ölkə
Bu gün növbəti qəbul imtahanları keçirilir
Ölkə
İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər
Ölkə
Ombudsmandan KİV-ə və sosial şəbəkə istifadəçilərinə — MÜRACİƏT
Ölkə
Ombudsman Yasamaldakı hadisələrlə bağlı Vilayət Eyvazova müraciət etdi
Gündəm, Cəmiyyət