Ölkə
22 sentyabr 2020
285
Məktəblər bağlanacaq? - RƏSMİ AÇIQLAMA

Dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirusun aşkarlanması haqqında yaydığımız həftəlik məlumatdır. Biz bu məlumatı təqdim etdik ki, ümumi mənzərə göz önünə gətirilsin.
Metbuat.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, məlumatı məktəblərin bağlanması kimi təqdim etmək düzgün deyil.
“Bizim dünən yaydığımız məlumatda məktəblərin bağlanmasından söhbət getmir. Bu sadəcə həftəlik məlumatdır. Məlumatı veririk ki, ümumi mənzərə göz önünə gətirilsin. Burada yoluxma məktəbə getməyən yuxarı siniflərdə oxuyan uşaqlar barədədir. Onlar məktəbə getmir və məktəbdən kənar yoluxublar. Bunu məktəblə bağlamaq düzgün deyil".
Daha çox xəbər:

Cəlal İsayevdən HƏYƏCAN TƏBİLİ: “Yoluxan şagirdlər..."
Cəmiyyət
Təhsil Nazirliyindən HİCABLI şagird və müəllimlərlə bağlı — AÇIQLAMA
Cəmiyyət
Azərbaycanda məktəblər yenidən BAĞLANACAQ — AÇIQLAMA
Ölkə
İlk dəfə məktəblər belə açıldı — FOTO
Ölkə
ŞAD XƏBƏR! Dərslər sentyabrın 15-də başlanacaq — Elçin Əfəndidən AÇIQLAMA
Cəmiyyət