Ölkə
19 noyabr 2020
302
“Danışır Qarabağ!”: Vətənimizin səsini indi hər kəs duyacaq - VİDEOREPORTAJ
İşğaldan azad edilən ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb. Tezliklə yerli televiziya və radioların yayımı bu ərazilərdə həyata keçiriləcək.
Artıq illərin həsrətinə son qoyulur. Azərbaycan tamaşaçısı bu möhtəşəm səsləri ən qısa zamanda işğaldan azad edilən torpaqlarda eşidəcək.
Ölkədə radio-televiziya yayım təminatını həyata keçirən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad edilən ərazilərdə infrastrukturun bərpası işlərinə start verib.
Yeni avadanlıqlar alınaraq, düşmən tapdağından azad edilən ərazilərə aparılıb.
Yeri gəlmişkən, qeyd edək ki, Türkiyənin məşhur “Turkvision” musiqi yarışması da gələn il Şuşada keçiriləcək. Müsabiqəyə 2021-ci ildə Azərbaycanın Şuşa şəhəri ev sahibliyi edəcək.
Daha ətraflı Baku TV-nin videosüjetində:
Daha çox xəbər:
İşğaldan azad edilmiş ərazilərdə daha bir YENİLİK
Bölgəİşğaldan azad olunmuş ərazilərdə yerli strukturlar fəaliyyətə başladı - RƏS ...
CəmiyyətŞuşa şəhəri işğaldan azad edildi
Gündəm, Siyasətİlham Əliyev Xocavəndin isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib
Gündəm, SiyasətFüzulinin işğaldan azad edilməsi sevinci - VİDEOREPORTAJ
Ölkə