Ölkə, Video
19 noyabr 2020
284
Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - FOTO -VİDEO
“Gedəndə bizə dedi ki, “mən şəhid olsam, ağlamayın. Şəhid olmasam, Şuşada ilk azanı özüm verəcəm. Allah arzusuna çatmağı ona qismət etdi, sözünün üstündə durdu”.
Bu sözləri Şuşa məscidində ilk azan səsləndirən əsgərimiz Qurbanəli Əliyevin anası Cəvahir Qurbanova Modern.az-a deyib.
O bildirib ki, əsgərimiz Təbriz Universitetinin İlahiyyat fakültəsində oxuyur:
“Pandemiyaya görə dərslərə gedə bilmirdi. Sonra səfərbərlik elan olundu, könüllü olaraq qeydiyyatdan keçdi və çağırış gəldi. Çox böyük həvəslə cəbhə bölgəsinə getdi. Qurbanəli döyüşə gedəndə üzərində bayraq var idi. O, mənə demişdi ki, “ana sənin verdiyin bayrağı azad olunmuş torpaqlarda - Şuşada, Kəlbəcərdə ucaldacağam. Azad olunmuş torpaqların hər birində namaz qılıb, azan oxuyacağam. Şuşada ilk namazı qıldırmaq oğluma qismət oldu. Bu qürur hissini sözlə ifadə etmək mümkün deyil”.
Daha çox xəbər:
28 ildən sonra Şuşada cümə namazı qılındı
ÖlkəXalq artistinin oğlu Şuşada şəhid oldu - FOTO
Ölkə"Azərbaycan bayrağı Şuşada ucala bilər..." – Ovannisyan
Maraqlıİşğaldan azad olunmuş torpaqlarımızda AZAN SƏSLƏNDİ – VİDEO
Maraqlı, VideoCəbhədəki döyüşlə bağlı növbəti AÇIQLAMA — 2 əsgərimiz şəhid olub, 5-i yara ...
Gündəm, Ölkə